Ağdamın azadlığı Zəfərimizin, dirçəlişi isə gələcəyə inamımızın rəmzidir
Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın milli iradəsini, dövlətimizin gücünü və işğaldan azad edilmiş torpaqlarımızda başlanan böyük quruculuq mərhələsini özündə əks etdirir. Bu əlamətdar gün Ağdamın keçdiyi ağır, lakin şərəfli tarixi yolun, xalqımızın doğma torpaqla